Şamaxıda 27 sentyabr Anım Günü və 8 noyabr Zəfər Gününün qeyd edilməsi ilə bağlı imzalanmış tədbirlər planı ilə bağlı məktəblərdə silsilə görüşlər keçirilir..
Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən 27 sentyabr Anım Günü və 8 noyabr Zəfər Gününün qeyd edilməsi ilə bağlı imzalanmış tədbirlər planı ilə bağlı məktəblərdə silsilə tədbirlər keçirilir.
Şəffaflıq.az xəbər verir ki, 30 oktyabr 2021-ci il tarixdə Şamaxı rayon Elxan Rzayev adına Mədrəsə qəsəbə tam orta məktəb rəhbərliyinin təşəbbüsü və həmin məktəbin müəlliməsi Natavan Qurbanovanın təşkilatçılığı ilə 5-a sinifinin şagirdləri ilə birgə, Azərbaycan Silahlı Qüvvələrinin giziri olmuş şəhid İbrahimov Əlövsəd Seyidxan oğlunun əvvəlcə məzarını, sonra ailəsini ziyarət ediblər.
Tədbir İştirakçıları ilk öncə Şamaxıdakı Şəhidlər Xiyabanında şəhid İbrahimov Əlövsəd ilə bərabər digər bütün şəhidlərimizin məzarlarının önünə gül dəstələri qoymaqla ziyarət etmiş, onların ruhlarına dualar oxumuş və orada şer kompozisiyası keçirilmişdir.
Həmin tədbirdə digər şəhid ailələri də iştirak edirdi. Çıxış edənlər şəhidin ailəsinə başsağlığı verərək Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında “Dəmir Yumruq” əməliyyatı nəticəsində 30 illik işğala son qoyularaq ərazi bütövlüyümüzün bərpa olunduğunu, 44 gün davam edən Vətən Müharibəsinin Azərbaycanın Ermənistan üzərində parlaq qələbəsi ilə başa çatdığını, bu qələbədə Şamaxıdan olan qəhrəman oğulların da payının olduğunu, tarixi zəfərimizin təmin edildiyini vurğulamışlar.
Tədbirdə qazilər və müharibə veteranları da istirak edirdilər.
Şagirdlər hər bir şəhid məzarının önündə şəhid ataları ilə birlikdə dayanıb şeir söyləyərək onları daima qəlblərində yaşadacaqlarını bildiriblər.
Şəhidlər Xiyabanını ziyarət etdikdən sonra
Azərbaycan Silahlı Qüvvələrinin giziri olmuş şəhid İbrahimov Əlövsəd Seyidxan oğlunun ailəsinə də baş çəkiblər.
Mərasimdə çıxış edənlərin hamısı şəhid İbrahimov Əlövsəd Seyidxan oğlunun ailəsinə başsağlığı verərək onlara Allahdan səbir diləyib, Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdikləri şücaət və vətənpərvərliklərdən söz açıblar. Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın həyatları bahasına azad olunmuş torpaqlarımızda bu gün müqəddəs bayrağımızın dalğalanmasının hər birimiz üçün qürurverici olduğunu bildiriblər.
Qeyd edək ki, qəsəbə tam orta məktəbin 5-a sinifinin adını əbədiləşdirmək üçün Şəhid İbrahimov Əlövsəd Seyidxan oğlunun adına vermişlər.
Vahid İsmayılov.
Şamaxı
Şəffaflıq.az
Facebook-da paylaş