"Barselona"nın daha bir futbolçusu zədələnib


İspaniyanın "Barselona" klubunun daha bir futbolçusu sıradan çıxıb.
Şəffaflıq.az Kataloniya təmsilçisinin rəsmi tviter hesabına istinadən xəbər verir ki, Serxio Roberto sağ bud nahiləsindən zədə alıb.
29 yaşlı yarımmüdafiəçinin yaşıl meydanlara nə vaxt qayıdacağı bəlli deyil.
Qeyd edək ki, "Barselona"da daha əvvəl Ansu Fati və Frenki De Yonq zədələnib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}