Almatı-Bakı aviareysi üzrə uçuşlara başlanılır

 Noyabrın 7-dən Qazaxıstanın "Air Astana" aviaşirkəti Almatı - Bakı - Almatı marşrutu üzrə uçuşlara başlayır.
Şəffaflıq.az xəbər verir ki, bu barədə aviaşirkət məlumat yayıb.
Bildirilir ki, uçuşlar cümə axşamı və bazar günləri həyata keçiriləcək. Qiymətlər 400 ABŞ dollardan başlayır.
Qeyd edək ki, Qazaxıstana 2020-ci ilin mart ayından etibarən koronavirus infeksiyasının (COVID-19) yayıldığı səbəbindən uçuşlar dayandırılmışdı. Belə ki, Almatı, Aktau və Nur-Sultan istiqamətində uçuşlar həyata keçirilirdi.
O vaxtadək Qazaxıstanın "SCAT Airlines" şirkəti Aktaudan Bakıya hər gün, "Air Astana" aviaşirkəti isə Nur-Sultandan və Almatıdan Bakıya həftədə iki dəfə uçuşlar yerinə yetirirdi.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}