Rusiyalı xokkeyçi 25-ci mərtəbədən yıxılaraq ölüb

 Rusiyalı xokkeyçi İvan Bitkin 25-ci mərtəbədən düşərək ölüb.
Şəffaflıq.az xəbər verir ki, məlumatı REN TV yayıb.
Hadisə oktyabrın 30-da paytaxt Moskvadakı Xoroşev küçəsində baş verib. İdmançı yaşayış binasının damından yıxılıb.
Hadisənin səbəbi hələlik məlum deyil. Olay hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
Qeyd edək ki, İvan Bitkin Rusiyanın Yüksək Xokkey Liqasında “Zvezda”, “Toros” və “Senq Tou” kimi komandalarda çıxış edib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}