Lənkəranda vətəndaşdan pul tələb edən saxta polis saxlanılıb
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Lənkəran şəhəri ərazisində olarkən ona yaxınlaşan bir şəxsin özünü polis əməkdaşı kimi təqdim edərək pul tələb etdiyini, əks halda karantin rejim qaydalarını pozduğuna görə ona cərimə yazacağını bildirib.
Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən özünü polis əməkdaşı kimi təqdim edərək vətəndaşdan pul tələb edən həmin şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Əlizadə olduğu müəyyən edilib.
Həmin şəxsin bu kimi əməllərindən zərər çəkən digər şəxslər varsa polisə müraciət edə bilərlər.
Şəffaflıq.az
Facebook-da paylaş