Prokurorluq Bakıdakı qətllə bağlı məlumat yayıb

 Oktyabrın 29-u saat 23 radələrində paytaxtın Suraxanı rayon sakini 1978-ci il təvəllüdlü Zakir Hüseynovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Suraxanı rayon prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin qonşusu 1993-cü il təvəllüdlü Anar Salmanovun yaşadığı evin yaxınlığında şəxsi münasibətlər zəminində aralarına yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Zakir Hüseynovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Anar Salmanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}