Qazaxıstanlı jurnalist: "Bu mükafata görə azərbaycanlı qardaşlarıma minnətdaram"

 Tbilisidə məşhur futbol şərhçisi Kote Maxaradzenin xatirəsinə həsr edilmiş idman jurnalistləri arasında Beynəlxalq Media Kuboku başa çatıb.
Report-un yerli bürosu xəbər verir ki, yarışın qalibi Moldova komandası olub.
Turnirin kuboku Moldovanın İdman Mətbuatı Assosiasiyanın sədri Eduard Çobanuya təqdim olunub. O, komandanın qələbəni koronavirusdan vəfat etmiş həmkarı, tanınmış azərbaycanlı jurnalist Elnur Əşrəfoğlunun xatirəsinə ithaf etdiyini bildirib.
Azərbaycanlı jurnalistin adına xatirə hədiyyəsinin təqdim olunduğu Qazaxıstan komandasının üzvü, Qazaxıstan Televiziyasının bölgə müxbiri Adılbek Jakanov “Report”a açıqlamasında mükafata layiq görülməyindən qürur hissi keçirdiyini deyib. O, E.Əşrəfoğlunun vəfatından təəssüfləndiyini qeyd edib: “Azərbaycanlı qardaşlarıma məni xüsusi mükafata layiq gördüklərinə görə minnətdaram. Dost və qardaş Azərbaycandan belə dəyərləndirmə almağımdan ikiqat sevincliyəm”.
Xatırladaq ki, Beynəlxalq Media Kubokunda Azərbaycanı İdman Jurnalistləri Federasiyasının yığma komandası təmsil edib. Kollektiv turnirdə 5-ci yeri tutub.








 


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}