Mikayıl Cabbarov: "Azərbaycan-Türkiyə birliyi iqtisadi əməkdaşlığımıza stimul verir"

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyəni milli bayramı – Respublika Günü münasibəti ilə təbrik edib.
Şəffaflıq.az xəbər verir ki, nazir təbrik mətnini rəsmi "Twitter" səhifəsində paylaşıb.
"Beynəlxalq münasibətlər sistemində nümunəvi model olan Azərbaycan-Türkiyə birliyi iqtisadi əməkdaşlığımızın dinamik inkişafına stimul verən mühüm amildir. Qardaş Türkiyə xalqını Cümhuriyyət Günü münasibətilə təbrik edir, əmin-amanlıq və davamlı tərəqqi arzulayırıq", - Mikayıl Cabbarov qeyd edib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}