Əsas Səhifə > SİYASƏT > Mikayıl Cabbarov: "Azərbaycan-Türkiyə birliyi iqtisadi əməkdaşlığımıza stimul verir"
Mikayıl Cabbarov: "Azərbaycan-Türkiyə birliyi iqtisadi əməkdaşlığımıza stimul verir"29-10-2021, 09:45 |
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyəni milli bayramı – Respublika Günü münasibəti ilə təbrik edib. Şəffaflıq.az xəbər verir ki, nazir təbrik mətnini rəsmi "Twitter" səhifəsində paylaşıb. "Beynəlxalq münasibətlər sistemində nümunəvi model olan Azərbaycan-Türkiyə birliyi iqtisadi əməkdaşlığımızın dinamik inkişafına stimul verən mühüm amildir. Qardaş Türkiyə xalqını Cümhuriyyət Günü münasibətilə təbrik edir, əmin-amanlıq və davamlı tərəqqi arzulayırıq", - Mikayıl Cabbarov qeyd edib. Geri qayıt |