Gürcüstanın azərbaycanlı meri vəzifəsinin icrasına başlayıb

 Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunu meri Kənan Ömərov vəzifəsinin icrasına başlayıb.
Şəffaflıq.az-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın hakim Gürcü Arzusu Partiyası məlumat yayıb.
Bildirilib ki, oktyabrın 2-də yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərdə “Gürcü Arzusu”nu təmsil edən 44 namizədi mer seçilib və onlar oktyabrın 27-dən səlahiyyətlərini yerinə yetirməyə başlayıblar.
Qeyd edək ki, K.Ömərov seçkilərdə 68,12 % səslə mer seçilib. 2016-cı ildən o, Marneuli Təhsil Resurs Mərkəzinin rəhbəri, bu ilin yanvarın 29-dan isə mer müavini vəzifəsində çalışıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}