Əsas Səhifə > REGİON > Gürcüstanın azərbaycanlı meri vəzifəsinin icrasına başlayıb
Gürcüstanın azərbaycanlı meri vəzifəsinin icrasına başlayıb28-10-2021, 17:16 |
Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunu meri Kənan Ömərov vəzifəsinin icrasına başlayıb. Şəffaflıq.az-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın hakim Gürcü Arzusu Partiyası məlumat yayıb. Bildirilib ki, oktyabrın 2-də yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərdə “Gürcü Arzusu”nu təmsil edən 44 namizədi mer seçilib və onlar oktyabrın 27-dən səlahiyyətlərini yerinə yetirməyə başlayıblar. Qeyd edək ki, K.Ömərov seçkilərdə 68,12 % səslə mer seçilib. 2016-cı ildən o, Marneuli Təhsil Resurs Mərkəzinin rəhbəri, bu ilin yanvarın 29-dan isə mer müavini vəzifəsində çalışıb. Geri qayıt |