Azərbaycan millisinin baş məşqçisi narazı cüdoçuların ittihamlarına cavab verdib
Bu fikirləri açıqlamasında cüdo üzrə Azərbaycan millisinin baş məşqçisi Mövlud Mirəliyev 5 - 7 noyabrda Bakıda keçiriləcək Böyük Dəbilqə barədə danışarkən deyib.
Mütəxəssis yarış üçün heyətin tam formalaşmadığını və müəyyən əlavələrin olacağını bildirib: "Bəzi cüdoçuların İJF (Beynəlxalq Cüdo Federasiyası - red.) kartı yoxdur. Heyətə gənc cüdoçulardan 3-4-ü əlavə olunacaq".
Baş məşqçi bəzi idmançıların heyətə salınmamasının səbəbinə də aydınlıq gətirib: "Zelim Kotsoyev (100 kq) atasının səhhəti ilə bağlı gəlməyib. Kəramət Hüseynov (60 kq) və Murad Fətiyev (81 kq) isə hərbi xidmətə başladıqları üçün yarışdan kənarda qalacaq.
Mirəliyev Davud Məmmədsoy (60 kq) və Elmar Qasımovun (100 kq) məşqlərə qatılmadıqlarını söyləyib: "Biz Məmmədsoyu hazırlıqlara çağırmışıq. O isə bir aydan çoxdur ki, məşqlərdə iştirak etmir. Ona görə də adını Böyük Dəbilqəyə sifariş etməmişik. Qasımov da hazırlıq proseslərindən kənarda qalıb. Biz onunla söhbət etdik. Söz verdi ki, məşqə gələcəyəm. Biz də onunla işləməyə başladıq. Birinci gündən sonra 3 gün hazırlığa gəlmədi. Sonra yenidən gəldi və ardınca bir müddət də məşqləri buraxdı. Gördük ki, onun güləşmək fikri yoxdur. Güləşmək istəyən gələr və zalda olar. Bu isə 1 gün gəlir, 5 gün gəlmir. Həm özünü aldadır, həm də bizi. Belə deyək, məsələlərə qeyri-ciddi yanaşır. Onun mətbuata açıqlamasını da görmüşük. Hamısı əsassızıdır. Heç nəyi düzgün əsaslandırmayıb. Uşaqdır, bilmir ki, nə danışır. Biz ona sərbəstlik vermişdik. Heç onu yükləmədik, ağır məşqlər vermədik. Lakin ciddi olmadığını gördük. Görünən odur ki, məşq etmək fikri yoxdur
Şəffaflıq.az
Facebook-da paylaş