Azərbaycanı Tokio-2020-də təmsil etmiş cüdoçu karyerasını bitirir

 Azərbaycan millisinin cüdoçusu Zelim Kotsoyev karyerasını bitirmək istəyir.
Bu barədə yığmanın baş məşqçisi Mövlud Mirəliyev məlumat verib.
Mütəxəssis 100 kq çəki dərəcəsində yer alan 23 yaşlı idmançının hazırda Rusiyanın paytaxtı Moskvada olduğunu bildirib: "Kotsoyevin atasının səhhətində problem yaranıb. Hazırda onunla məşğuldur. Bu səbəbdən, Bakıdakı Böyük Dəbilqədə iştirak etməyəcək. Həm də Zelimin gələcəkdə komandamızda olub-olmayacağı bəlli deyil. Şəxsi məşqçisi ilə danışmışıq. Onun sözlərinə görə, cüdoçunun karyerasını başa vurma ehtimalı var. Lakin bu, hələlik dəqiq deyil. Atasının müalicə olunduğunu nəzərə alaraq, ona vaxt vermişik".
Qeyd edək ki, Zelim Kotsoyev 2018, 2020 və 2021-ci il Avropa çempionatlarında bürünc medal qazanıb. O, 2017-ci ildə gənclər arasında Avropa və dünya çempionu olub. O, Tokio-2020 Yay Olimpiya Oyunlarında çıxış etsə də, medalçılar sırasına düşə bilməyib.
Böyük Dəbilqə 5 - 7 noyabrda keçiriləcək.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}