Rusiyalı senator Aleksey Puşkov Britaniya mətbuatının Rusiyanın Hörmüz boğazında “Stena İmpero” adlı tankerin saxlanması hadisəsində iştirakına dair iddialarına cavab verib.
Bu barədə Puşkov Tvitter hesabında yazıb.
Onun yazdığına görə, Londonun Rusiyanı etmədiyi şeylərlə ittiham etməsi ilk dəfə deyil. Buna qədər Britaniya tərəfi iddia edib ki, guya Rusiya Kerç boğazında ukraynalı dənizçiləri saxlamaqla “aqressiya aktı” icra edib. İndi isə London növbəti təxribatda Rusiyanın iştirak etdiyini iddia edir.
Puşkov sözügedən məlumatı yayan Britaniya KİV-lərini “saxta informasiya üzrə peşəkarlar" adlandırıb.
“Saxta informasiya üzrə peşəkarlar heç vaxt məzuniyyətə çıxmır”, - deyə Puşkov vurğulayıb.(Virtualaz.org)
Facebook-da paylaş