Türkiyədə hərbi avtomobil qəzaya uğrayıb, ölən və yaralananlar var

 Türkiyədə ağır yol qəzası olub.
Bu barədə Şəffaflıq.az “Haber Global”a istinadən xəbər verir.
Məlumata görə, hadisə Hakkari əyalətində qeydə alınıb. Yüksekova-Şemdinli magistral yolunda hərbi avtomobil aşıb. Hadisə nəticəsində 1 hərbçi həlak olub, daha 2 nəfər yaralanıb. Yaralılar Yüksekova Dövlət Xəstəxanasına yerləşdiriliblər.
Qəzanın başvermə səbəbi açıqlanmır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}