Əsas Səhifə > Hadisə / Region > Türkiyədə hərbi avtomobil qəzaya uğrayıb, ölən və yaralananlar var

Türkiyədə hərbi avtomobil qəzaya uğrayıb, ölən və yaralananlar var


28-10-2021, 09:03
 Türkiyədə ağır yol qəzası olub.
Bu barədə Şəffaflıq.az “Haber Global”a istinadən xəbər verir.
Məlumata görə, hadisə Hakkari əyalətində qeydə alınıb. Yüksekova-Şemdinli magistral yolunda hərbi avtomobil aşıb. Hadisə nəticəsində 1 hərbçi həlak olub, daha 2 nəfər yaralanıb. Yaralılar Yüksekova Dövlət Xəstəxanasına yerləşdiriliblər.
Qəzanın başvermə səbəbi açıqlanmır.

Geri qayıt