Ukrayna ombudsmanı: “Saakaşvilinin həyatı sual altındadır”

 “Mixeil Saakaşvilinin həyatı sual altındadır”.
Şəffaflıq.az xəbər verir ki, bunu Ukrayna ombudsmanı Lyudmila Denisova Gürcüstanın üçüncü Prezidenti Mixeil Saakaşviliyə saxlandığı Rustavi türməsində baş çəkəndən sonra jurnalistlərə deyib.
Onun sözlərinə görə, Gürcüstan hakimiyyəti ombudsmanın M.Saakaşvilinin mülki xəstəxanaya yerləşdirilməsi ilə bağlı tövsiyələrini nəzərə almalıdır.
L.Denisova qeyd edib ki, siyasətçinin saxlanılması və hüquqlarının müdafiəsinə dair hesabat hazırlayacaq və Ukraynada akkreditə olunmuş səfirlər, Avropa Parlamentinin deputatlarına təqdim edəcək.
Ombudsman məsələ ilə bağlı gürcü həmkarı ilə görüşəcək. O, Ukrayna prezidenti Vladimir Zelenski ilə görüş də tələb edəcəyini bildirib.
Qeyd edək ki, oktyabrın 1-də Tbilisidə saxlanılan M.Saakaşvili artıq 27-ci gündür aclıq aksiyası keçirir. O, tibbi müdaxiləyə razılıq versə də, həbsxana klinikasına yerləşdirilmədən imtina edib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}