Mixeil Saakaşvilinin vəziyyəti pisləşib.
Şəffaflıq.az xəbər verir ki, bu barədə onun şəxsi həkimi Nikoloz Kipşidze türmədə ona baş çəkəndən sonra bildirib.
Həkim deyib ki, M.Saakaşvilidə talassemiya xəstəliyi var: “Bu qan xəstəliyi olan zaman heç bir aclıq olmamalıdır... Mişa daha da ağır yeriyir, danışmaqda çətinlik çəkir, durumundan narahatlıq keçirir”.
M.Saakaşvili artıq 10-cu gündür aclıq aksiyası keçirir.
Qeyd edək ki, siyasətçi oktyabrın 1-də Tbilisidə saxlanılıb. O, həmin gündən aclıq aksiyası keçirir. Oktyabrın 8-də Gürcüstanın Xüsusi Pentensiar Xidməti M.Saakaşvilinin aclığı dayandırdığını, bal və təbii şirələr qəbul etdiyini bildirib.
Facebook-da paylaş