Gürcüstanda dəmiryolu vasitəsilə qatarların hərəkəti iflic vəziyyətə düşüb
Gürcüstanda dəmiryolu vasitəsilə qatarların hərəkəti əlaqə sistemindəki qəza səbəbilə tamamilə dayandırılıb.
“Dövlət elektrik sisteminin 110 kilovoltluq yüksək gərginlikli xətti qırılaraq dəmiryolunun əlaqə xəttinin üzərinə düşüb. Nəticədə hazırda dörd qatarın hərəkəti dayanıb”, - Gürcüstan Dəmir Yollarından bildirilir.
Sözügedən qatarların Tbilisi-Batumi, Batumi-Tbilisi, Tbilisi-Poti və Zuqdidi-Tbilisi istiqamətində hərəkət edən qatarlar olduğu bildirilib.
Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş