Tbilisi dünyanın yeni kitab paytaxtı elan olunub
Gürcüstanın paytaxtı Tbilisi şəhəri bu gündən “Dünya kitab paytaxtı” elan olunub.
Şəffaflıq.az xəbər verir ki, şəhər bir il ərzində UNESCO-nun layihəsinə ev sahibliyi edəcək.
Tbilisi bu statusu Malayziyanın paytaxtı Kuala-Lumpurdan təhvil alacaq.
“Dünya kitab paytaxtı” elan olunan şəhərlərdə mütaliənin populyarlaşdırılması və bütün sosial təbəqələr üçün kitabların əlçatanlıq səviyyəsinin artırılması üçün müxtəlif tədbirlər keçirilir.
Qeyd edək ki, “Dünya kitab paytaxtı” layihəsi 2001-ci ildə təsis olunub. Bu statusu ilk olaraq Madrid şəhəri daşıyıb.
Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş