Özgür Özəldən Soyluya: Burnundan fitil gətirməsəm nankor olaram
Şəffaflıq.az Türkiyə mediasına istinadən xəbər verir ki, Boğaziçi Universitetində saxlanılan 45 tələbədən 43 -ü polis tərəfindən sərbəst buraxıldı. 2 tələbənin prokurorluğa sövq edildiyi açıqlanıb. Sərbəst buraxılan tələbələr sosial media hesablarından "Artıq nəzarətdən çıxdıq, döyüldük, amma təhlükəsizik, azadıq. Dostlarımız da azad olacaq. Mübarizə ümiddir" qeydi ilə açıqlama yayıblar. Tələbələrin saxlanması ilə bağlı daxili işlər naziri Süleyman Soyluya sosial media hesabından reaksiya verən CHP Qrup sədr müavini Özgül Özəl bu ifadələrdən istifadə edib: “Boğaziçi Universitetində bu ölkənin gələcəyinin ən uğurlu tələbələrinə edilən hücumları qınayıram. Bu qanunsuz əmrləri verənləri, xüsusən də cinayət işləri naziri Soyluyu məsuliyyətə cəlb edəcəyik. Eyy Soylu, onların bu gənclərə etdiklərini burnundan fitil gətirməsəm, viran qalacaqdım!'' Səma Kərimova Şəffaflıq.az
Facebook-da paylaş