Bekir Pakdemirli və Süleyman Soylu Azərbaycana təşəkkür edib
Şəffaflıq.az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyənin meşə və kənd təsərrüfatı naziri Bekir Pakdemirli mətbuata açıqlamasında bildirib.
Nazir deyib ki, Azərbaycandan 53 yanğınsöndürmə avtomobili göndərilib və 500 nəfərlik heyət yanğınlarla mübarizədə yaxından iştirak edirlər.
Daxili işlər naziri Süleyman Soylu da Azərbaycandan verilən dəstəyə görə təşəkkür edib: "Bu gün bizimlə bir arada olan və meydanda bizimlə çalışan Azərbaycanımızın dəyərli nazir müavini Etibar Mirzəyevə və burada fəaliyyət göstərən azərbaycanlı heyətə qardaşlığımızın xarakterini göstərən dəstəklərilə əlaqədar dərindən təşəkkürümü bildirirəm".
Facebook-da paylaş