Ermənistanda 1,7 milyon dollarlıq yeraltı sərvət mənimsənilib
Bu barədə Şəffaflıq.az Ermənistan mətbuatına istinadən xəbər verir.
Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidmətinin məlumatına görə, 2012-2019-cu illərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şirkət Kotayk əyalətinin Zoravar icması ərazisində yeraltı istifadə icazəsi və digər sənədlər olmadan qanunsuz olaraq qazıntılar həyata keçirib.
Nəticədə 250 min kubluq qanunsuz bazaltın hasilatı həyata keçirilib. Dövlətə 816,5 milyon dram ( 1,7 milyon ABŞ dollarından çox-red) məbləğində vergilər və başqa öd'mələr həyata keçirilməyib.
Fakt üzrə cinayət işi qaldırılıb.
Facebook-da paylaş