Sarkisyana qarşı DAHA BİR İTTİHAM
Ermənistanın 3-cü prezidenti Serj Sarkisyana qarşı yeni maddə üzrə ittiham irəli sürülüb.
Sabiq prezident 1 milyon dollar vəsaitin mənimsənilməsində ittiham olunur. Bu barədə Xüsusi İstintaq Xidmətinin saytında yazılıb.
Bildirilir ki, Sarkisyan hakimiyyətdə olduğu 2013-cü ilin 25 yanvar-7 fevral tarixlərində iri məbləğdə dövlət vəsaitlərini mənimsəyib. Dövlətə dəyən ziyanın ümumi məbləği 489,16 milyon dram (1 milyon dollardan çox) göstərilir. Sarkisyanın İstintaq komitəsinə çağrıldığı qeyd edilir.
Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş