Əsas Səhifə > REGİON > Sarkisyana qarşı DAHA BİR İTTİHAM
Sarkisyana qarşı DAHA BİR İTTİHAM4-12-2019, 23:02 |
Ermənistanın 3-cü prezidenti Serj Sarkisyana qarşı yeni maddə üzrə ittiham irəli sürülüb. Sabiq prezident 1 milyon dollar vəsaitin mənimsənilməsində ittiham olunur. Bu barədə Xüsusi İstintaq Xidmətinin saytında yazılıb. Bildirilir ki, Sarkisyan hakimiyyətdə olduğu 2013-cü ilin 25 yanvar-7 fevral tarixlərində iri məbləğdə dövlət vəsaitlərini mənimsəyib. Dövlətə dəyən ziyanın ümumi məbləği 489,16 milyon dram (1 milyon dollardan çox) göstərilir. Sarkisyanın İstintaq komitəsinə çağrıldığı qeyd edilir. Şəffaflıq.az Geri qayıt |