İki bankir həbs olundu:bir milyon girov tələb edib.

 Tbilisi Şəhər Məhkəməsində TBC bankın təsisçiləri - Mamuka Xazaradze və Badri Caparidze ilə bağlı həbs qətimkan tədbirinin seçilməsinə dair iclas keçirilib.
Məhkəmə bankirlərin hər birinə qarşı 700 min lari girovla bağlı qərar qəbul edib.
M.Xazaradze və B.Caparidzeyə istintaq qurumuna xəbər etmədən, icazə almadan Gürcüstanı tərk etmək də qadağan olunub.
Qeyd edək ki, Gürcüstanın Baş Prokurorluğu bank təsisçilərindən bir milyon lari girov tələb edib.
M.Xazaradze və B.Caparidzeyə qarşı iyulun 24-də 16 754 000 dolların qanunsuz leqallaşdırılması ilə bağlı ittiham irəli sürülüb.(Report)

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}