DİN: "Narkotiklə mübarizə əməliyyatları kampaniya xarakteri daşımır"
Son on gündə Suraxanı rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 48 nəfər polisin keçirdiyi tədbirlərlə tutularaq istintaqa cəlb edilib.
Bu barədə DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.
Onun sözlərinə görə, keçirilən əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri kampaniya xarakteri daşımır. Bu istiqamətdə bütün ölkə miqayasında daxili işlər orqanlarının əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
Xəbəri paylaş
Facebook-da paylaş