İran yerli şirkətlərinə Qarabağa getməyi
Şəffaflıq.az xəbər verir ki, bu, İranın Yol və Nəqliyyat Təşkilatının İranın beynəlxalq nəqliyyat şirkətlərinə ünvanladığı məktubda qeyd olunub.
Məktubda bildirilir ki, Azərbaycan qanunlarına əsasən təyin olunan rəsmi sərhəd keçidlərindən kənar əcnəbi ölkələrin vətəndaşlarının bu ölkəyə girişi Azərbaycanın sərhədlərinin pozulması hesab olunur və buna görə həmin şəxslər məsuliyyət daşıyır.
Məktubda həmçinin qeyd olunur ki, İranın beynəlxalq nəqliyyat şirkətləri Azərbaycanın Qarabağ bölgəsi ilə istənilən ticarət müqaviləsi imzalamasınlar, yükdaşıma ilə bağlı sənədlər hazırlamasınlar, məhsullar daşımasınlar.
Facebook-da paylaş