İranda 5,1 bal gücündə zəlzələ baş verib.

 İranın cənub-şərqində yerləşən Kirman vilayətində 5,1 bal gücündə zəlzələ baş verib.
Şəffaflıq.az-ın məlumatına görə, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzindən bildiriblər.
Zəlzələnin episentri bu gün yerli vaxtla saat 15:16-da Zərənd rayonun Yəzdanşəhr şəhəri ətrafında olub. Yeraltı təkanların dərinliyi 10 km-dir.
Ehtimal olunan dağıntı və tələfat haqqında məlumat verilməyib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}