Əsas Səhifə > Hadisə > İranda 5,1 bal gücündə zəlzələ baş verib.

İranda 5,1 bal gücündə zəlzələ baş verib.


16-10-2021, 18:04
 İranın cənub-şərqində yerləşən Kirman vilayətində 5,1 bal gücündə zəlzələ baş verib.
Şəffaflıq.az-ın məlumatına görə, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzindən bildiriblər.
Zəlzələnin episentri bu gün yerli vaxtla saat 15:16-da Zərənd rayonun Yəzdanşəhr şəhəri ətrafında olub. Yeraltı təkanların dərinliyi 10 km-dir.
Ehtimal olunan dağıntı və tələfat haqqında məlumat verilməyib.

Geri qayıt