Serbiyalı futbolçu: "Azərbaycanla oyunda çətinlik çəkdik"

"Bu matç seçmə mərhələdə qarşıya qoyduğumuz hədəfə doğru yeni addımdır. Vacib qələbə qazandıq".
Şəffaflıq.az-ın məlumatına görə, bu fikiləri Serbiya yığmasının futbolçusu Stefan Mitroviç evdə Azərbaycan millisinə 3:1 hesabı ilə qalib gəldikləri 2022-ci il dünya çempionatının seçmə oyunu barədə danışarkən deyib.
31 yaşlı müdafiəçi ilk hissənin sonunda qol buraxdıqları üçün bir az çətinlik çəkdiklərini bildirib: "Bu qola qədər oyuna nəzarət edirdik. İlk yarıda daha bir neçə qol vurmalıydıq. Amma alınmadı. Hücumda aqressiv çıxış etdik. Bizim üçün ən başlıcası üç xal qazanmaqdır. Artıq Portuqaliya ilə matça rahat gedəcəyik. Bu, görüş bizim üçün finala bərabərdir".

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}