Şamaxıda heyvandarlıq məhsullarının istehsalında artım qeydə alınıb

Şamaxı rayonunun heyvandarları 2021-ci ilin doqquz ayını yaxşı göstəricilərlə başa vurublar.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, ötən doqquz ayda heyvandarlıq məhsulları istehsalı bütün göstəricilər üzrə 2020-ci ilin eyni dövrü ilə müqayisədə artıb. Belə ki, diri çəkidə ət istehsalı 79 ton artaraq 3198 ton olub. Doqquz ayda süd istehsalı 3371 ton artaraq 27 min 792,2 tona, yumurta istehsalı 50 min ədəd artaraq 16 milyon 350 min ədədə, yun istehsalı isə 2 ton çoxalaraq 287 tona çatıb.
Qeyd edək ki, Şamaxı rayonunda heyvandarlıq aqrar sektorda aparıcı sahələrdəndir. Bölgədə iribuynuzlu mal-qaranın baş sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 1408 baş artıb və hazırda 29 min 786 başa çatıb. Rayonda 126 min 37 baş davar da bəslənilir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}