Azərbaycanlı xanım Kanadada “ilin ən yaxşı müəllimi” oldu - FOTO

 Kanadanın Ontario əyalətinin Toronto şəhərində yaşayan, Canadore və Pharma-Medical Science College of Canada kolleclərində Məktəbəqədər Tərbiyə müəllim və müəllim köməkçilərinə ümumi fənlərdən mühazirələr oxuyan Yeganə Cəfərova Toronto şəhərində “ilin ən yaxşı müəllimi”adına layiq görülüb.
Şəffaflıq.az xəbər verir ki, bu barədə Publika.az-a diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib. Yeganə Cəfərova hər il olduğu kimi bu il də onun üçün çox yaddaqalan tədris ili olduğunu qeyd edib. “İşlədiyim Pharma-Medical Science College of Canada kollecində Hər ilin iyul ayında məzun günü keçirilir. Bu ilin məzun günü 2019-cu il 13 iyul tarixində keçirildi. "İlin ən yaxşı Müəllimi" adına layiq görünənlər arasında mənim də adım vardı. Artıq üçüncü dəfədir ki, mən bu ada layıq görülürəm. 2017-ci ildə Kanadanın Ontario əyalətində 500-dən çox kolleci birləşdirən Ontario Kolleclər Assosasiyası tərəfindən, 2018 və 2019-cu illərdə isə çalışdığım Pharma-Medical Science College of Canada Kolleci tərəfindən “İlin ən yaxşı müəllimi” adına layiq görülmüşəm. Bu mənim gərgin əməyimin, tələbələrimə verdiyim yüksək biliyin və təcürbə sahəsindəcə işlə təmin olunmalarının nəticəsidir”, - deyə Yeganə Cəfərova bildirib.
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}