Yaşasaydı 88 yaşını qeyd edəcəkdi - FOTO

Böyük Azərbaycan şairi Əli Kərim (Kərimov Əli Paşa oğlu) 1931-ci ildə Göyçay şəhərində dünyaya gəlib.
O,1948-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub, III kursdan Moskvada M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda təhsilini davam etdirib və 1955-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib. Ədibin ilk əsəri olan "Təzə müəllim" şeiri "Azərbaycan pioneri" qəzetində dərc edilib. 1957-ci ildə Moskvada keçirilən tələbələrin VI Ümumdünya Festivalında onun "İlk simfoniya" poeması mükafata layiq görülüb. Əli Kərim "Azərbaycan" jurnalının redaksiyasında şeir şöbəsinin müdiri olub.Qeyd edək ki, şairin bugün vəfatından 50-il ötür. Əli Kərim 1969-cu ilin iyunun 30-da Bakıda dünyasını dəyişib, Göyçayda dəfn olunub. Dəfn edildiyi yerdə isə Əli Kərim adlı park salınıb. Bundan əlavə Göyçayda şairin adını daşıyan ev muzeyi də fəaliyyət göstərir.
Davud Tarverdiyev
Göyçay

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}