Şamaxıda Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Zəfərimiz” layihəsi çərçivəsində “Qəhrəmanlarımızı unutmayaq” mövzusunda tədbir keçirilib.

 Şamaxı rayon Heydər Əliyev Mərkəzinin və GİKM-in Şamaxı nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Zəfərimiz” layihəsi çərçivəsində “Qəhrəmanlarımızı unutmayaq” mövzusunda tədbir keçirilib. 
 Şəffaflıq.az xəbər verir ki,Tədbirin qonağı vətən müharibəsi şəhidi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 12 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" və "Füzulinin azad olunması uğrunda " medalları ilə təltif olunmuş Nadir Soltanovun ailəsi və övladları oldub.
İlk öncə vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın ruhu bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra çıxış edən Mərkəzin direktoru Könül Eyvazova iştirakçıları salamlayaraq bildirib ki, tədbirin əsas məqsədi Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın şərəfli həyat və döyüş yolunu gənclərə təbliğ etmək, onları daha yaxından tanıtmaqdır.


Görüş zamanı şəhidin həyat yoldaşı Afət xanım şəhid haqqında xatirələrini tədbir iştirakçıları ilə bölüşüb , gənclərin qəhrəmanımız haqqında suallarını cavablandırib.
Daha sonra gəncimiz Əminə Rəhimova Şəhid Nadir Soltanov haqqında hazırladığı təqdimatı iştirakçılara təqdim edib.
Sonda tədbir iştirakçıları şəhidimizin övladları ilə birgə qəhrəmanımızın xatirə fotoşəkillərinə baxıblar.

Şamaxı H.Əliyev Mərkəzin direktoru Könül Eyvazova.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}