İngiltərənin köklü futbol komandalarından "Nyukasl"ın yeni sahibi müəyyənləşib.

 İngiltərənin köklü futbol komandalarından "Nyukasl"ın yeni sahibi müəyyənləşib.
Şəffaflıq.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisinin səhmlərini Səudiyyə Ərəbistanında fəaliyyət göstərən investisiya fondu alıb.
Tərəflər arasındakı bütün hüquqi fikir ayrılıqlarının həll edildiyi və Səudiyyə Ərəbistanı Krallığının kluba nəzarət etməyəcəyinə dair zəmanət verdiyi bildirilib. Potensial müqavilənin dəyəri 300 milyon funt sterlinqdir.
Qeyd edək ki, 1892-ci ildə əsası qoyulmuş "Nyukasl" klubu daha əvvəl iş adamı Mayk Eşliyə məxsus idi. O, 14 ildir Nyukasl təmsilçisinə rəhbərlik edirdi.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}