Naxçıvanda yük daşınması 37%, sərnişin daşınması 34% artıb

Bu ilin yanvar-avqust aylarında Naxçıvan MR-da 10,7 milyon ton yük, 69,9 milyon nəfər sərnişin daşınıb.
Şəffaflıq.az xəbər verir ki, bu barədə yerli Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, 2011-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınması 37,3 %, sərnişin daşınması isə 33,7 % artıb.
Yük və sərnişin daşınmasından, bütövlükdə 36,071 milyon manat gəlir əldə olunub ki, bu da 10 illik müqayisədə 42,2 % çoxdur.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}