Pandemiyaya baxmayaraq, Azərbaycanda büdcəyə daxil olan gəlirlər artıb
2020-ci ilin yanvar-noyabr aylarında dövlət büdcəsinə 22 milyard 241,1 milyon manat vəsait daxil olub.
Şəffaflıq.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, büdcəyə daxil olan gəlirlərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 5,2 faiz artıb.
Bildirilib ki, büdcədən 22 milyard 162,7 milyon manat vəsait xərclənib. Bununla da büdcə gəlirləri xərclərini üstələyib və büdcənin icrasında 78,4 milyon manatlıq profisit yaranıb.
Qeyd edək ki, 2019-cu ilin yanvar-noyabr ayları ərzində dövlət büdcəsinin gəlirləri 21 milyard 132,2 milyon manat təşkil edib.
Xəbəri paylaş
Facebook-da paylaş