Bakı sakini qadını döyərək xəsarət yetirib

 Bakıda qadın keçmiş tanışı tərəfindən döyülüb.
Şəffaflıq.az xəbərinə görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.
Belə ki, Bakı şəhər sakini Əli Musayev ictimai yerdə keçmiş tanışı N.Xasayevanı döyərək ona sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan bədən xəsarəti yetirib.
Daha sonra qadın Yasamal Rayon Polis İdarəsinə müraciət edib. Polis əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində hadisəini törədən şəxsin yeri müəyyən edilib.
İlkin dindirilmə zamanı müəyyən olunub ki, Ə.Musayev N.Xasayevanı tez-tez ölümlə hədələyərək ondan pul istəyib.
Ə.Musayev barəsində qanunamüvafiq tədbir görülüb.
Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}