Dünyanın bir neçə şəhərində Anım Gününə həsr olunmuş aksiya təşkil edilib-FOTO

 Avstraliya Azərbaycanlıları Assosiasiyasının (AAA) təşkilatçılığı ilə Sidney şəhərində 27 sentyabr - Anım Gününə həsr olunmuş aksiya keçirilib.

Diasporla iş üzrə Dövlət Komitəsindən  verilən məlumata görə, Sidneyin mərkəzində baş tutan aksiyada Vətən müharibəsi şəhidlərinə həsr olunmuş anım guşəsi yaradılıb. Anım guşəsində Azərbaycan, Türkiyə və Avstraliyanın dövlət bayraqları yerləşdirilib, Azərbaycan əsgərinin qəhrəmanlığını və şücaətini, eləcə də erməni işğalını əks etdirən fotolar, plakatlar və şüarlar nümayiş olunub. Şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq yandırılan şamlar “Azərbaycan” sözünə uyğun düzülüb, şəkillərin önünə gül dəstələri qoyulub.

Qeyd edək ki, sərt pandemiya məhdudiyyətləri səbəbindən aksiyada yalnız AAA sədri Mikayıl Oytanın və Güney Azərbaycan Demokratik Türk Birliyinin Qadın və insan haqları departamentinin müdiri Sara Azərsunun iştirak etməsi qərara alınıb.

Haaqa şəhərində fəaliyyət göstərən Hollanda–Azərbaycan Türk Kültür Dərnəyinin təşkilatçılığı ilə 27 sentyabr – Anım Gününə həsr olunmuş mərasim keçirilib.

Azərbaycan torpaqlarının azad edilməsi və ərazi bütövlüyünün təmin olunması uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edildiyi anım mərasimi Haaqadakı Məsumlar və Əhlibeyt məscidlərinin imamları Seh Mehmet və Türkcan Akbalın Qurani-Kərimdən oxuduqları ayələr və dualarla davam edib.

Tədbirdə dərnəyin idarə heyətinin üzvü Yasin Zeynallı, dərnəyin sabiq rəhbərlərindən biri olan Fərhad Atəş, Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov, Niderland–Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi, “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyeva, Niderland–Azərbaycan “Odlar Yurdu” Cəmiyyətinin sədri Firəngiz Bağırova, Real TV-nin Niderlanddakı xüsusi müxbiri Xatirə Sərdarqızı çıxış ediblər. Onlar 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərən Silahlı Qüvvələrimizlə qürur duyduqlarını, şəhidlərimizin xatirəsinin daim uca tutulacağını , onların qəhrəmanlıqlarının heç zaman unudulmayacağını bildiriblər.

Eyni zamanda İsveç Azərbaycanlıların Koordinasiya Şurasının, İsveç Qarabağ Azadlıq Mərkəzi Birliyi və Batı Yöteland Azerbaycan Evi Birliyinin təşkilatçılığı ilə Yöteborq şəhərində 27 sentyabr – Anım Gününə həsr olunmuş aksiya keçirilib.

Sltottsskogen parkında gerçəkləşdirilən aksiya zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanları xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan və Türkiyənin dövlət bayraqlarının dalğalandırıldığı aksiyada şəhidlərimizin fotoları nümayiş etdirilib, onların şəkilləri önünə güllər düzülüb, xatirələrinə ehtiram əlaməti olaraq şamlar yandırılıb, həzin musiqi səsləndirilib.

80 nəfərə yaxın soydaşımızın və yerli sakinlərin qatıldığı tədbirdə çıxış edən diaspor üzvləri Azərbaycan torpaqlarını mənfur düşmən tapdağından azad edən qəhrəmanlarımızla qürur duyduqlarını, onların göstərdikləri igidlik və şücaətin isə heç zaman unudulmayacağını bildiriblər.

Bundan başqa Kanadanın https://www.thej.ca yəhudi xəbər portalında 27 sentyabr – Anım Gününə həsr olunmuş “Azərbaycanda II Qarabağ müharibəsinin ildönümü ilə əlaqədar anım günü qeyd olunur” sərlövhəli məqalə yerləşdirilib.

Siyasi şərhçi Reyçel Avrahamın qələmə aldığı məqalədə bildirilib ki, 27 sentyabr tarixini – II Qarabağ müharibəsinin başladığı günü dünya azərbaycanlıları Anım Günü kimi qeyd edirlər. “Möhtəşəm qələbəyə görə minnətdarlıq əlaməti olaraq Prezident İlham Əliyev bütün dünya azərbaycanlılarının 27 sentyabr tarixini Anım Günü kimi qeyd etmələrini, Azərbaycan hərbçilərinin xalqın azadlığı uğrunda canlarını fəda etmələrinin heç vaxt unudulmamasını təsbit edən sərəncam verdi”, - deyə müəllif əlavə edib.




 

Müharibə dönəmində və sonra Ermənistan hökumətinin və erməni diasporunun I və II Qarabağ müharibəsi həqiqətlərini təhrif etmək, sülh razılaşmasına zidd davranışa cəhdlərini xatırladan siyasi şərhçi hesab edir ki, Azərbaycan xalqı milli yaddaşın heç vaxt silinməməsi naminə resurslarını həqiqətin qorunmasına və maariflənməyə sərf etməlidir. “Buna görə də bütün dünyada azərbaycanlılar 27 sentyabr tarixini Anım Günü kimi qeyd edirlər”, - deyə müəllif nəzərə çatdırıb.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://www.thej.ca/2021/09/23/azerbaijan-commemorates-memorial-day-marking-anniversary-of-second-karabakh-war/



Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}