İranda qondarma "erməni soyqırımı"nın 105-ci "ildönümü" qeyd edilib - FOTO

 

İranın paytaxtı Tehranda qondarma "erməni soyqırımı"nın 105-ci "ildönümü" münasibətilə "anım tədbiri" keçirilib.

İranın yerli media orqanlarında yayılan xəbərlərə görə, tədbirdə erməni Həvari Kilsəsisinin lideri Sepuh Sarkisyandan savayı, iranlı rəsmilərdən də bir qrupu iştirak edib.

Qeyd etmək lazımdır ki, daim anti-Azərbaycan və anti-türk siyasəti yürüdən İranda hər ilin aprel ayının 24-də qondarma "erməni soyqırımı" ilə bağlı tədbir və yürüş keçirilir. Yürüşə qatılan İran erməniləri Azərbaycan və Türkiyə əleyhinə şüarlar səsləndirməkdən savayı, bəzi vaxtlar Türkiyə bayrağını yandırırlar.

Lakin İran polisləri onlara heç bir müdaxilə etmir. İran rejiminin rəsmiləri ermənilərə Türkiyənin Tehran səfirliyinin qarşısına qədər yürüş təşkil etməyə icazə verirlər.

Digər tərəfdən, güney azərbaycanlıları ana dilində təhsil almaq kimi təməl haqlarından məhrum edən İran rejimi bu ölkədə yaşayan ermənilərin bütün hüquqlarını təmin edir, onlara hər cür şərait yaradır.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}