Günün qoroskopu: Normal istirahət etməyə can atın

 
Şəffaflıq.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - günün ilk yarısında məhsuldar çalışın. Tənbəllik etməyin, süstlüyə yol verməyin. Belə davransanız, rəqibləri üstələyərək yaxşı nəticələrə nail ola bilərsiniz. Həddən artıq çalışaraq özünüzü yormayın. İfrat yorğunluq səhhətinizə ziyan vuracaq.
Günün ikinci yarısında başağrıları, xroniki xəstəliyin kəskinləşməsi, ürək-damar sistemində problem istisna deyil. Zərərli vərdişdən əl çəkməyə çalışın.
Ailədəki problemlərin həlli, qohumlarla ünsiyyət üçün münasib zamandır. Dil tapa bilmədiyiniz insanlarla münasibətləri normallaşdırın. Emosiyaların təsiri altına düşməyin.
Buğa - çoxdan bəri maraqlandığınız işə başlamaq zamanıdır. Həmin işi indiyədək çox ağır, mümkünsüz hesab edirdiniz.
Gün uğurludur. Sizə məsləhətlə və əməli fəaliyyətlə yardım edəcək insanlar var. Gəlirlər və uğurlu alış-veriş istisna deyil.
Günün ikinci yarısı qısamüddətli səfər, səyahət, fəaliyyət arealının dəyişdirilməsi üçün əlverişlidir. Dəvət aldığınız tədbirə qatılın. Diqqət mərkəzində olacaqsınız. Qeyri-adi, hətta ekstravaqant qərar və ya addımlar istisna deyil.
Əkizlər - əvvəllər başladığınız işlərin başa çatdırılması üçün səylərinizi davam etdirin. Aktiv olun, mühüm məsələlərin həllini ertələməyin. Pedant və səliqəli olun. Belədə işlərdə səhvlərə yol verməyəcəksiniz. Maliyyə məsələləri və sənədləşdirmələrdə sərvaxt olun. Məmurlarla ünsiyyətdən kənarlaşmaq mümkün deyil. Dövlət qurumlarının mənsubları ilə təmaslarda sayıq olun.
Günün ikinci yarısı bilik və bacarıqların artırılması, düynagörüşünün genişləndirilməsi üçün pis deyil. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün səylərinizi əsirgəməyin. Əlaqələrdə sayıq olun. Əldə etdiyiniz məlumatlardan və ya təcrübənizdən öz məqsədləri üçün istifadə etmək istəyən insanlar var.
Xərçəng - pozitiv emosiyalar vəd edən maraqlı gündür. Dəyər verdiyiniz insanla bağlı xoş xəbər alacaqsınız. İşgüzar danışıqlar pis keçməyəcək. Əməkdaşlıqla bağlı maraqlı təkliflər ala bilərsiniz.
Günün ikinci yarısında yaxınlarınızla mübahisə etməyin. Hər hansı məsələ ilə bağlı fikir ayrılığı ixtilafa səbəb olmamalıdır. Axşam saatları ailəvi istirahət üçün münasibdir. Son vaxtlar darıxdığınız insanla qarşılaşacaqsınız.
Kəsilmiş əlaqələri bərpa etmək olar.
Şir - günün ilk yarısında həddən artıq çalışmayın. İfrat yorğunluq arzuolunmazdır. Mühüm məsələnin həllini ertələməyə çalışın. Təmkinli və soyuqqanlı davranın. İşdə kiçik anlaşılmazlıqlar və ixtilaflar istisna deyil. İndiyədək birgə əməkdaşlıq etdiyiniz, dil tapdığınız insanlarla mübahisə etməyin.
Günün ikinci yarısında alış-verişdə bədxərclik etməyin. Anlaşma və sövdələşmələr gözlənilən effekti verməyəcək.
Axşam saatlarında müstəqil çalışmağa, tək qalmağa can atın. Son günlərin hadisələrini təhlil edin. Rutin ev işləri sizi yormayacaq, sinirləndirməyəcək. Kulinar eksperimentlər pis olmayacaq.
Qız - işgüzar görüşlər və şəxsi münasibətlərdəki məsələlərin həlli üçün yaxşı zamandır. İlk dəfə çalışdığınız insan ümidləri doğruldacaq. İndiyədək sizə rəğbət bəsləməyən insanlarda özünüzlə bağlı xoş təəssürat yaratmağa can atın. Peşəkar fəaliyyətdə yeni layihələr və işlər üçün pis zaman deyil. Yeni işə başlamaq olar.
Günün ikinci yarısında səfər və ya səyahət yaxşı alınacaq. Uğurlu alış-veriş etmək, maraqlı insanlarla qarşılaşmaq mümkündür. Ailə üzvləri ilə ünsiyyət əhvalınızı yaxşılaşdıracaq. Emosiyalara aldanmayın, hisslərin əsiri olmayın.
Tərəzi - ehtiyatlı olun, zərurət olmayan yerdə risk etməyin. Belə davrasanız, günün ilk yarısında qarşınıza qoyduğunuz məqsədlərə çata bilərsiniz. Səbrli olun və bilin ki, can atdığınız nəticəni sürətlə, qısa müddətdə əldə etmək mümkün deyil.
Kiçik maliyyə itkiləri istisna deyil.
Günün ikinci yarısında alış-verişi təxirə salın. Xərclər mənasız ola bilər.
Axşam saatlarını rəğbət bəslədiyiniz insanlarla keçirin. Belə təmaslar əhvalınızı yaxşılaşdırmaqla yanaşı, maraqlı ideyalar və yeni imkanlar vəd edir. Yeni tanışlara inanmağa tələsməyin. Onların niyyətləri düşündüyünüz qədər saf deyil.
Əqrəb - ayın əvvəlində başladığınız işi tələsmədən, sakit şəkildə bitirin. Sonuca varmaq, nəticələri nəzərdən keçirmək və ödənişi almaq zamanıdır. İşdə rəhbərliklə danışıqlar və müzakirələr aparmaq olar. Karyeranız və maaşınızı müzakirə edin.
Yeni iş yeri arayırsınızsa, maraqlı, cazibədar təklif ala bilərsiniz.
Günün ikinci yarısında önəmli məsələnin həlli adi günlərlə müqayisədə daha çox vaxt ala bilər. Yaxınlarınızın diqqətinizə ehtiyacı var. Sevdiyiniz insanla baş-başa söhbət üçün vaxt tapın.
Oxatan - məqsədə çatmaq üçün yaxşıca çalışmaq, çoxsaylı maneələri dəf etməli olacaqsınız. İnadkar, qətiyyətli davranın, rəqiblərin məkrli davranışlarına fikir verməyin. Problemin həllində improvizə edə bilərsiniz. Hansısa iş istədiyiniz kimi alınmırsa, yerinizdə saymayın.
Günün ikinci yarısı yeni tanışlıqlar üçün sərfəlidir. İşgüzar münasibətləri intensivləşdirin, əməkdaşlığı gücləndirin.
Yaxınlarınız sizi asanlıqla anlayacaqlar. Onlar istək və arzularınızı anlamağa çalışırlar. Yaxın ətrafınızdakı insanlarla bağlı intuisiyanız sizi yanıltmayacaq. Maliyyə fonu uğurlu deyil. Qərarlarınız kiçik də olsa, pul itkisinə səbəb ola bilər.
Oğlaq - peşəkar fəaliyyət sahəsində mövqeyinizin, karyeranızın asılı olduğu insanlala ünsiyyətdə sakit və təmkinli olun. İşgüzar danışıqlarda soyuqqanlı davranın. Etiket qaydalarına riayət edin, qaba danışmayın.
Emosiyaların təsirinə qapılaraq düşünülməmiş addım atmayın.
Günün ikinci yarısında tək qalmaq, müstəqil çalışmaq istəyəcəksiniz. Əfsuslar olsun ki, yaxın ətrafınızdakı insanlar bunu anlamırlar. Yaşlı qohumların ifrat diqqəti sizi qıcıqlandırsa da, hisslərinizə hakim olun.
Dolça - günün ilk yarısında diqqətli, təmkinli və soyuqqanlı olun. Ehtiyatlı davranın. Belə olarsa, çoxsaylı anlaşılmazlıq, xoşagəlməz hadisələr və ixtilaflardan qurtula bilərsiniz.
Aktiv olsanız, məqsədə çata bilərsiniz. Bilik və bacarıqlarınızı nümayiş etdirməkdən çəkinməyin. Fəaliyyətinizdə izafi emosionallığa varmayın.
Günün ikinci yarısında diqqətli olun, deyilənlərə fikir verin. Pozitiv emosiyalar almağa çalışın.
Maraqlı xəbərlər, informasiya, məlumatlar almaq mümkündür. Çoxdan bəri rəğbət bəslədiyiniz insanla qarşılaşa bilərsiniz. Yeni əməkdaşlıq və tərəfdaşlığa başlamaq üçün münbit şərait var.
Balıqlar - önəmli qərar qəbul etməyin, mühüm məsələlərin nəzərdən keçirilməsini ertələyin. Etibar etdiyiniz insanlarla məsləhətləşin. Bir müddət sonra faydalana biləcəyiniz əlaqələri kəsməyin. Emosiyaların təsiri altında addım atmayın.
Günün ikinci yarısında sakit, təmkinli, soyuqqanlı şəkildə çalışın. Yaşam potensialınızın səviyyəsi aşağıdır. Axşam saatlarına yaxın yorğunluq hissi arta bilər.
Normal istirahət etməyə can atın.Milli.Az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}