Rusiyada radarlardan itən “An-26” təyyarəsinin qalıqları tapılıb

Rusiyanın Xabarovsk diyarında dünən radarlardan itən “An-26” markalı təyyarəsinin qalıqları tapılıb.
Şəffaflıq.az xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.
"Ehtimala görə “Spartak” dağ-xizək bazası ərazisində təyyarənin qırıntıları aşkarlanıb. Havadakı buludluluq dağılır. Görünüş yaxşılaşır. Mi-8 eniş etməyi planlaşdırır", - mənbə agentliyə bildirib.
Dünən axşam axtarış işləri əlverişsiz hava şəraiti səbəbindən dayandırılmışdı. Səhər Xabarovsk diyarına – təyyarənin qalıqlarının olduğu ehtimal edilən əraziyə Fövqəladə Hallar Nazirliyinin M-8 helikopteri göndərilib. Əraziyə həmçinin Rusiya aviasiyasının təyyarəsi cəlb edilib.
Axtarış işlərinə ümumilikdə 70 xilasedici və 20 texnika cəlb olunub.
Təyyarənin göyərtəsində 6 nəfər olub. Onların aqibəti barədə məlumat verilmir.
İlkin məlumata görə, qəzaya əlverişisiz hava şəraiti səbəb olub.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}