Rusiyada sərnişin təyyarəsi radardan itib
Rusiyada “An-26” markalı sərnişin təyyarəsi Kamçatka səmasında radarlardan itib.
Şəffaflıq.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin regional idarəsindən bildirilib.
İlkin məlumata görə, “An-26”nın göyərtəsində biri uşaq olmaqla 22 sərnişin və 6 ekipaj üzvü var. Təyyarə Petropavlovsk-Kamçatka reysi ilə hərəkət edirmiş. O, təyin olunan vaxta əlaqəyə girməyib.
Xilasedicilər “Mi-8” helikopteri vasitəsi ilə axtarış-əməliyyat tədbiri həyata keçirirlər.
Təyyarə “Kamtask hava yollar”ı şirkətinə məxsusdur. Şirkət təyyarənin qəzaya uğradığını hələ ki təsdiqləməyib.
Xəbəri paylaş
Facebook-da paylaş