Dünyada çip böhranı daha da dərinləşib

 Bu ilin avqust ayında dünyada avtomobil sənayesi üçün nəzərdə tutulan elektron komponentlərin (çip) çatdırılması müddəti daha 6 gün artaraq 21 həftəyə çatıb.
Şəffaflıq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “Susquehanna Financial Group” məlumat yayıb.
Məlumata görə, bu, çip tədarükü ilə bağlı müşahidələrin aparıldığı 2017-ci ildən bəri rekord həddir.
Ekspertlər hesab edirlər ki, çip böhranı 2023-cü ilin sonuna qədər davam edə bilər. İndiyə qədər çatışmazlıq qlobal avtomobil sənayesində 110 milyard ABŞ dolları ziyan vurub. Bu ilin başa çatmaqda olan 9 ayı ərzində dünyada istehsal olunmuş avtomobillərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 7,1 milyon ədəd az olub.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}