Çin neft və qaz hasilatını artırıb

    Çin 2021-ci ilin yanvar-iyul ayları ərzində neft hasilatını (116,2 milyon ton) ötən ilin analoji dövrü ilə müqayisədə 2,4% artırıb.
Şəffaflıq.az “Prime” agentliyinə istinadən xəbər verir ki, bu barədə Çinin Dövlət Statistika Bürosu məlumat yayıb.
2021-ci ilin yanvar-iyul ayları ərzində neft emalının həcmi 412,4 milyon ton təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,9% çoxdur.
Cari ilin ilk 7 ayı ərzində Çinin qaz hasilatı 120,2 milyard kubmetr təşkil edib. Bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 10,7% artım deməkdir.
Bundan başqa, Çin 2021-ci ilin yanvar-iyul ayları ərzində 2,26 milyard ton kömür istehsal edərək 4,9% artıma nail olub.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}