Şamaxıda 3300 tondan çox kartof istehsal olunub

Şamaxı rayonunda kartof yığımı başa çatıb, sahələrdən 3330 ton məhsul götürülüb.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, kartofçuluq Şamaxıda ənənəvi təsərrüfat sahəsidir. İlboyu bazarlarda böyük tələbat olan bu məhsulun istehsalında fermerlər və fiziki şəxslər çox maraqlıdırlar. Bu il əkin sahələri 12 hektar artaraq 338 hektara çatıb. Məhsul istehsalı da ötən ildəkindən 109,5 ton çox olub.
Cari mövsümdə rayonun şimal dağlıq ərazilərində, xüsusilə Qızmeydan, Çuxuryurd, Qaleybuğurd, Dədəgünəş və bir sıra digər icra nümayəndəliklərində əkinçilər daha çox məhsul əldə ediblər.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}