Oktyabrın 1-dən sərnişindaşıma ilə məşğul olan sürücülərdən COVID-19 pasportu tələb olunacaq

 "Oktyabrın 1-dən sərnişindaşıma və yükdaşıma fəaliyyəti ilə məşğul olan sürücülərindən də 2-ci doza peyvənd olunmalarına dair COVID-19 pasportu tələb olunacaq".
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
O qeyd edib ki, oktyabr ayının 1-dən etibarən ölkə ərazisində fəaliyyət göstərən, COVID-19 pasportu olmayan bütün sərnişindaşıma və yükdaşıma fəaliyyəti ilə məşğul olan sürücülərə qarşı reydlər keçiriləcək.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}