Əsas Səhifə > Cəmiyyət > Oktyabrın 1-dən sərnişindaşıma ilə məşğul olan sürücülərdən COVID-19 pasportu tələb olunacaq
Oktyabrın 1-dən sərnişindaşıma ilə məşğul olan sürücülərdən COVID-19 pasportu tələb olunacaq21-09-2021, 12:29 |
"Oktyabrın 1-dən sərnişindaşıma və yükdaşıma fəaliyyəti ilə məşğul olan sürücülərindən də 2-ci doza peyvənd olunmalarına dair COVID-19 pasportu tələb olunacaq". Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib. O qeyd edib ki, oktyabr ayının 1-dən etibarən ölkə ərazisində fəaliyyət göstərən, COVID-19 pasportu olmayan bütün sərnişindaşıma və yükdaşıma fəaliyyəti ilə məşğul olan sürücülərə qarşı reydlər keçiriləcək. Şəffaflıq.az Geri qayıt |