İmişlidə xəsarətlə nəticələnən yol qəzası olub.

 İmişlidə xəsarətlə nəticələnən yol qəzası olub.
Şəffaflıq.az-ın məlumatına görə, hadisə İmişli şəhərində qeydə alınıb. Belə ki, “VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində İmişli şəhər sakinləri - 1999-cu il təvəllüdlü Həsənli Aqşin Səhliyar oğlu və 1999-cu il təvəllüdlü Rzayev Rahim İnqilab oğlu xəsarətlər alıb.
Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.“Report” 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}